Dünya · Ölkə.az

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bratislavadan Bakıya ilk aviareys yola düşdü xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Wizz Air"in Bratislava-Bakı birbaşa hava marşrutunun açılış tədbirində iştirak etməyimdən böyük məmnunluq duyuram", – diplomat qeyd edib.

Səfir birbaşa hava əlaqəsinin fəaliyyətə başlamasını Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrdə əlamətdar addım və iki dövlətin strateji tərəfdaşlığının mühüm nailiyyəti kimi dəyərləndirib.

Onun fikrincə, yeni marşrut iş, turizm və insanlararası əlaqələr baxımından geniş imkanlar yaradacaq.

"Report"un məlumatına əsasən, Bratislavadan yola çıxan təyyarə Bakıya saat 21:20-də eniş edəcək. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑