Dünya · Günün Səsi

Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların noyabrın 10-da keçirilə biləcəyini istisna etməyib.

Gununesi.info xəbər verir ki, o, bu barədə “The Sun” qəzetinə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Kiyev danışıqların mümkün qədər tez keçirilməsində maraqlıdır və hətta noyabrın 1-də görüşün təşkilini təklif edib.

“Biz dialoqa, istənilən formatda danışıqlara hazırıq. Hətta bizim üçün həssas olan məsələlər də daxil olmaqla, istənilən mövzunu müzakirə etməyə hazırıq. Danışıqlara mane olduğumuz təəssüratının yaranmasını istəmirəm”, – Ukrayna Prezidenti deyib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiyaya münasibətdə həddindən artıq güzəştə getməməsinin vacibliyini vurğulayıb. Zelenskinin fikrincə, Vaşinqton Rusiyanın Ukraynaya qarşı təcavüzkar tərəf olduğunu nəzərə almalıdır.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑