Dünya · Günün Səsi

İstanbulda çirkli pulların yuyulmasına görə 10 nəfər axtarışa verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbulda çirkli pulların yuyulmasına görə 10 nəfər axtarışa verildi xəbəri üçün şəkil

İstanbulda çirkli pulların yuyulması ilə bağlı daha 10 nəfər axtarışa verilib.

Gununesi.info xəbər verir ki, İstanbul Prokurorluğu Türkiyədə və xaricdə yaradılan şirkətlər vasitəsilə mənbəyi məlum olmayan külli miqdarda pulun yuyulması və cinayət gəlirlərinə qanuni görüntü verilməsi iddiaları ilə bağlı araşdırmanı davam etdirir.

İstintaq materiallarına əsasən, şikayətçilər 80 milyon avroluq müqavilə, 100 milyon avroluq pul köçürməsi, 1 milyard avroluq vəsaitin xaricə çıxarılması və 1,5 milyon avro dəyərində yaxtanın satışı ilə bağlı iddialar irəli sürüblər.

Hazırda 10 şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑