Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabidə müzakirə olunacaq.
"Bakupost" xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov təhlükəsizlik təminatlarının münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini və bunun hər iki tərəfin maraqlarına uyğun şəkildə görülməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 4-də Əbu-Dabidə keçiriləcək.




