Dünya · Azxeber.com

İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır xəbəri üçün şəkil
İranla Rusiya kiçik nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır.
AZXEBER.COM IRNA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Atom Enerjisi Təşkilatı (İAET) açıqlayıb.
"Kiçik modul reaktorlarının inşası üçün Rusiya ilə əməkdaşlıq davam edir və tikinti prosesini sürətləndirmək üçün Moskva ilə protokol imzalanacaq", - İAET-dən bildirilib.
Təşkilatın sözçüsü Bəhruz Kamalvəndi bildirib ki, ölkənin nüvə sənayesi inkişaf edib və hazırda nüvə elektrik stansiyalarının inşası sahəsində özünü təmin edəcək səviyyədədir: "Siyasi təzyiqlər İranın bəzi nüvə layihələrinin planlaşdırıldığı kimi irəliləməsinə mane olub və Əhvazda inşası davam edən Darxovin atom elektrik stansiyası (AES) son müharibə zamanı hədəf alınıb".
​Onun sözlərinə görə, Buşehr AES indiyədək təxminən 86 milyon ton çirkləndiricinin emissiyasının qarşısını alıb və 132 milyon barel neft istehlakına qənaət edib:
"Mövcud şəraitdə təmiz enerjinin inkişafına doğru irəliləməkdən başqa çarəmiz yoxdur və nüvə enerjisi bu baxımdan ən mühüm variantlardan biridir. Qlobal miqyasda da ölkələrin bu sektora üz tutduğunun şahidi oluruq", - sözçü bildirib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑