Dünya · Ölkə.az

Türkiyədə dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi xəbəri üçün şəkil

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, yeni mərkəzin yaradılması cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcı olacaq.

"Nazirliyimizin nəzdində yaratmağı planlaşdırdığımız Dələduzluqla Mübarizə Mərkəzi ilə cinayətkarlıqla mübarizədə yeni bir dövrün qapısını açırıq", - deyə o qeyd edib.

Mərkəzin fəaliyyəti çərçivəsində prokurorluq, polis, jandarm, Maliyyə Cinayətlərinin Araşdırılması Komitəsi və bank sektoru arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Əsas məqsəd cinayət yolu ilə əldə edilmiş vəsaitlərin izlənilməsini sürətləndirmək və dələduzluq qurbanlarının maddi itkilərinin artmasının qarşısını almaqdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑