BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla münaqişənin nizamlanmasına dair danışıqları bərpa etmək məqsədilə bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə məktub göndərib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Vens bu addımı ABŞ Prezidenti Donald Trampın göstərişi ilə atıb.
Vitse-prezident Vaşinqton və Tehran arasında yaxın həftələrdə hərbi əməliyyatların yenidən başlanmasının qarşısını ala biləcək ortaq mövqelərin olub-olmadığını müəyyənləşdirməyə çalışır.
Bununla belə, Vensin göndərdiyi məktubda konkret sülh təklifləri yer almayıb.
WSJ qeyd edir ki, vitse-prezident ictimaiyyət qarşısında İrana qarşı hərbi əməliyyatları dəstəkləsə də, qapalı müzakirələrdə onların davam etdirilməsinin zəruriliyinə şübhə ilə yanaşıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Konqresə aralıq seçkilərdən sonra İrana yeni zərbələrin endirilə biləcəyini istisna etməyib.






