“Üçbaşlı müharibə partiyası” daim “Azərbaycan, Türkiyə” deyir. Bəli, Azərbaycan və Türkiyə. Çünki Ermənistan qonşuları – İran, Gürcüstan, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayana qədər forpost olaraq qalacaq.
Globalinfo.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Yəni, biz elə bir sülh istəyirik ki, Azərbaycan heç nə əldə etməsin, biz isə hər şeyə sahib olaq?” – deyə o qeyd edib.
Baş nazirin fikrincə, müxalifət Ermənistanın forpost olaraq qalmasını istəyir. Bunun üçün isə sülhün olmaması vacibdir.
“Niyə onlar Ermənistanın forpost olmasını istəyirlər? Çünki öz pullarını qoruyurlar. Onların vəsaitlərini bloklayaraq bildiriblər ki, Ermənistana forpost statusu qaytarılmayınca, onlar “bomj” olaraq qalacaqlar. İndi onlar “bomj”a çevrilirlər və bu prosesdən özlərini qorumağa çalışırlar. Halbuki Ermənistanda çoxları buna uyur.
Heç kim diqqət yetirmir ki, artıq bir ildir Azərbaycandan Ermənistana qatarlar gəlir. Nə təklif edirsiniz? Qatarların hərəkətini dayandıraq? Biz forpost statusunu aradan qaldırmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolunu seçmişik. Əməllərimizdə heç bir gizli məqam yoxdur. Hər şey açıq şəkildə baş verir.
Bu insanlar Ermənistanın müstəqilliyinin və ölkənin qarət edilməsinə imkan verməyən dövlətin əleyhinədirlər. Onlara Ermənistanı qarət etmək üçün forpost lazımdır. Onlar 30 il ərzində Azərbaycan və Türkiyə adından istifadə edərək ölkəni talan ediblər. Biz regionu münaqişə dalanından çıxarırıq”, – deyə Ermənistanın baş naziri əlavə edib.





