Dünya · Globalinfo.az

Moskva İrəvandan cavab gözləyir: “İvanlar” ifadəsi narazılıq yaratdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskva İrəvandan cavab gözləyir: “İvanlar” ifadəsi narazılıq yaratdı xəbəri üçün şəkil

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Şirak vilayətinin qubernatoru David Aruşanyanın “ivanlar” ifadəsi ilə bağlı açıqlamasına İrəvanın münasibətini gözlədiklərini deyib.

Globalinfo.az xəbər verir ki, Zaxarova  keçirdiyi brifinqdə bu məsələni şərh edib.

Zaxarova müxalifətdəki “Güclü Ermənistan” partiyasının təşkil etdiyi tədbirlə bağlı Aruşanyanın “Facebook” paylaşımına münasibət bildirib.

Qubernator həmin tədbiri tənqid edərək, Gümrü sakinlərinin “sizin ivanlarınız olmadığını” yazıb.

Rusiya XİN-in nümayəndəsi bu ifadələri açıq şəkildə “kobud və neonasist şüarlar” adlandırıb və Ermənistan hakimiyyətinin məsələyə birmənalı münasibət bildirməsini gözlədiklərini deyib.

Qeyd edək ki, Şirak vilayətinin qubernatoru David Aruşanyan Samvel Karapetyanın partiyası tərəfindən Gümrü şəhərinin günü münasibətilə təşkil edilən tədbirləri “növbəti siyasi tamaşa” adlandırıb.

O, paylaşımında “Gümrülülər sizin ‘ivanlarınız’ deyil” ifadəsinini işlədib.

Rusiyanın İrəvandakı səfirliyi Aruşanyanın sözlərindən təəccübləndiklərini gizlətməyib.

Diplomatik nümayəndəlik xatırladıb ki, belə ifadələr işlədən siyasətçi Rusiya hərbi bazasının yerləşdiyi və rus sərhədçilərinin xidmət etdiyi bölgəyə rəhbərlik edir.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑