Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Rob Yettenə payıza qədər hazırlanacaq 500 milyon avro dəyərində yeni hərbi yardım paketi üçün təşəkkür edib.
Bizim.Media xəbər verir ki, Zelenski yardımın xüsusilə Ukraynanın Rusiyanın hava hücumlarını dəf etmək imkanlarını gücləndirəcək.
Bundan əlavə, Niderland Ukraynaya 1,2 milyard avro dəyərində yardım paketi də elan edib.
Vəsait enerji sektorunun dəstəklənməsinə, infrastrukturun bərpasına, səhiyyə və sosial sahələrə yönəldiləcək.
Görüş zamanı tərəflər diplomatik prosesi və Əbu-Dabidə üçtərəfli görüşə hazırlıq məsələlərini də müzakirə ediblər.
Bizim.Media




