Dünya · Globalinfo.az

Türkiyədən Rusiya və Ukraynaya xəbərdarlıq: “Tədbir görüləcək”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədən Rusiya və Ukraynaya xəbərdarlıq: “Tədbir görüləcək” xəbəri üçün şəkil

Türkiyənin müdafiə naziri Yaşar Gülər Rusiyanı və Ukraynanı Qara dənizdə ticarət gəmilərinə hücumları davam etdirməməyə çağırıb. O bildirib ki, Ankara belə hücumlara cavab olaraq qanuni tədbirlər görmək hüququnu özündə saxlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyinə görə, bu, Türkiyənin Qara dənizdə gəmilərə hücumlarla bağlı indiyədək verdiyi ən sərt bəyanatdır.

Ankara artan hücumların dayandırılması və regiondan taxılın təhlükəsiz daşınmasının təmin edilməsi ilə bağlı təklifinə Rusiya və Ukraynadan cavab gözlədiyini bildirib.

Yaşar Gülər bu açıqlamanı Sofiyada Türkiyə, Rumıniya və Bolqarıstanın müdafiə nazirləri və hərbi rəhbərlərinin görüşündən sonra verib. O qeyd edib ki, müharibə dövründə Qara dənizdəki ticarət gəmiləri pilotsuz uçuş aparatları, üzən minalar və raketlərin hücumlarına məruz qalıb.

“Qara dənizdə ticarət gəmilərinə qarşı intensiv hücumları narahatlıqla izləyirik və tərəfləri açıq dənizdə gəmiçilik təhlükəsizliyi prinsipinə uyğun olaraq ağıllı davranmağa çağırırıq”, – deyə nazir vurğulayıb.

Gülərin sözlərinə görə, çərşənbə günü daha bir ticarət gəmisi Bolqarıstanın dəniz yurisdiksiyası daxilində üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

“Türkiyə bayrağı altında üzən gəmilərə hücumlarla bağlı bütün hüquqi addım imkanlarımızı özümüzdə saxlayırıq və hadisələrin inkişafını diqqətlə izləyirik. Hər iki tərəfə münaqişə zonasına yaxın ərazilərdə ticarət gəmiçiliyinə təhlükə yaratmamaq və mülki gəmilərə hücumları dərhal dayandırmaq barədə mütəmadi xəbərdarlıqlar edilir”, – o bildirib.

Nazir qeyd edib ki, Qara dənizdə minalardan təmizləmə əməliyyatı aparan Türkiyə, Rumıniya və Bolqarıstan sualtı kritik infrastrukturun qorunmasına xüsusi diqqət yetirmək barədə də razılığa gəliblər.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑