Dünya · Yeni Çağ

Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırdı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırdı - Yeni Çağ xəbəri üçün şəkil

Yəməndəki husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar.

Yenicag.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri açıqlama verib.

O bildirib ki, Səudiyyə Ərəbistanının hava limanları və hava məkanı hərbi hədəf hesab olunur. Məkkə və Mədinə hava limanları isə istisna təşkil edir.

Səri aviaşirkətləri, hava limanlarının əməkdaşlarını və sərnişinləri xəbərdarlığa ciddi yanaşmağa çağırıb.

Husilərin nümayəndəsi raket və pilotsuz uçuş aparatlarının qarşısının alınması zamanı yarana biləcək nəticələrə görə Ər-Riyadın məsuliyyət daşıyacağını bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər ölüb, 309 nəfər yaralanıb. Hava limanının iki terminalına ciddi ziyan dəyib və fəaliyyəti dayandırılıb.

Oktyabrın 8-də də həmin hava limanına hücum edilib. Husilər hücuma görə məsuliyyəti üzərlərinə götürüblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑