Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı insident nəticəsində iki nəfər güllə yarası alıb.
BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 11-də gecə saatlarında Xaçatur Abovyan muzeyinin yaxınlığında qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis qısa müddət sonra üzərində qan izləri olan və avtomat silahla silahlanmış şəxsi saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.





