Dünya · Bizim.Media

Trampdan TƏKLİF: “Atlantik və ya Sakit okeanı "Tramp okeanı" adlandırılsın!”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan TƏKLİF: “Atlantik və ya Sakit okeanı "Tramp okeanı" adlandırılsın!” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın onun şərəfinə və ya Amerikanın adına dəyişdirilməsi imkanını dilə gətirib.

Bizim.Media xəbər verir ki, The Washington Post nəşrinin məlumatına görə, o, bu fikri oktyabrın 10-da Tennessi ştatının Klarksvill şəhərində keçirilən seçkiöncəsi mitinq zamanı səsləndirib.
 

Tramp tərəfdarları qarşısında çıxış edərkən "Bizə okean lazımdır" deyərək, Atlantik və ya Sakit okeanı "Tramp okeanı" və ya "Amerika okeanı" adlandırmağı təklif edib. Lakin o, bununla bağlı hələlik rəsmi qərar və ya plan olmadığını qeyd edib.


Tramp daha əvvəl də coğrafi adların dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. O, 2025-ci ilin yanvarında Meksika körfəzinin "Amerika körfəzi", 2026-cı ilin avqustunda isə Ontario gölünün "Amerika gölü" adlandırılması barədə sərəncamlar imzalayıb.

Bu tür adlandırma sərəncamları yalnız ABŞ-ın federal qurumları üçün məcburidir.

Prezidentin digər ölkələri və ya beynəlxalq təşkilatları bu adları qəbul etməyə məcbur etmək səlahiyyəti yoxdur. Məsələn, Kanada rəsmiləri Ontario gölünü ənənəvi adı ilə çağırmağa davam edəcəklərini bəyan etmişdilər.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑