Dünya · Bizim.Media

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə xəbəri üçün şəkil

Niderland hökuməti ölkənin ekzkluziv iqtisadi zonasında "kölgə donanması" gəmilərinin saxlanılmasına və yoxlanılmasına icazə verilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, müvafiq qanun layihəsi 9 oktyabrda parlamentin aşağı palatasına təqdim edilib.

Xarici gəmilər haqqında qanuna edilən bu düzəliş Niderland hakimiyyət orqanlarına gəmiləri əlavə yoxlama üçün lövbər salmağa və ya limana üzməyə məcbur etməyə imkan verəcək. Qanun pozuntuları aşkar edilərsə, gəmi tam qaydada saxlanıla və kapitan həbs edilə bilər.
 

Həmçinin Niderland bayrağının gəmilərdə qanunsuz istifadəsinə görə tətbiq olunan cəzanın dörd ilə qədər artırılması da təklif olunur. Bu, parlamentin qanun layihəsini təsdiqləməsi halında tətbiq olunacaq.


Hökumət bəyan edib ki, Rusiyanın "kölgə donanmasının" bir hissəsi kimi təsnif etdiyi gəmilər Avropa Birliyi sanksiyalarından yayınmaq üçün istifadə olunur və çox vaxt bayraqsız, ya da saxta bayraqlar altında üzürlər.

Niderland hakimiyyəti sənəddə ümumilikdə gəmiçilik və ətraf mühit üçün potensial riskləri də vurğulayıb. Səlahiyyətlilər köhnə və sığortasız gəmilərin qəzalara səbəb ola biləcəyini və etibarlı sığortanın olmamasının zərərin ödənilməsini çətinləşdirəcəyini bəyan ediblər. (Publika.az)

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑