Dünya · Bizim.Media

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ xəbəri üçün şəkil

ABŞ və Braziliya dünyada qəhvə istehlakına görə birinci və ikinci yerləri qoruyub saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) açıqladığı son hesabatda bildirilir.

Məlumatlara əsasən, ötən qəhvə ilində (2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək) qlobal qəhvə istehlakı 180,6 milyon kisəyə (hər biri 60 kq) düşüb. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl bu göstərici 182,2 milyon kisə təşkil edirdi.

Dünya üzrə mütləq lider 24,6 milyon kisə göstərici ilə ABŞ-dir. İkinci yerdə az fərqlə Braziliya (23,5 milyon kisə) qərarlaşıb. Siyahının davamında Almaniya (9,59 milyon), Yaponiya (6,25 milyon), İndoneziya (6,04 milyon), İtaliya (5,85 milyon) və Fransa (5,84 milyon) gəlir. İlk onluğu Çin (5,42 milyon), Vyetnam (5,2 milyon) və Rusiya (4,37 milyon) tamamlayır.

2020-ci ildən bəri qəhvə istehlakını ən kəskin artıran ölkələr Çin (+13,8%) və Vyetnam (+5,5%) olub. Yaponiyada (-2,7%) və Rusiyada (-1,7%) isə istehlak göstəriciləri aşağı düşüb.

Adambaşına düşən illik istehlak həcminə görə isə Lüksemburq mütləq liderdir — ildə hər şəxsə 19,85 kq qəhvə düşür. Sonrakı pillələrdə Maldiv adaları (14,4 kq), Finlandiya (9,58 kq), Andorra (8,67 kq) və Norveç (8,18 kq) qərarlaşıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑