Dünya · Bizim.Media

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB xəbəri üçün şəkil

Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu “flydubai” aviaşirkətinin reysinin ikinci pilotunun Təl-Əviv hava limanında terror aktı törətməyi planlaşdırdığını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qurumun məlumatına görə, təyyarəni ələ keçirməkdə məqsəd mümkün qədər çox insanın ölümünə səbəb olmaq olub.

Baş Prokurorluğun açıqlamasında qeyd olunub ki, ikinci pilot terror aktına hazırlıq məqsədilə Təl-Əvivə əvvəlki iki uçuş zamanı marşrut üzrə kəşfiyyat aparıb.

Dindirilmə zamanı o, hadisəni təkbaşına planlaşdırdığını bildirib. Lakin bu istiqamətdə araşdırma davam edir.

Qurum həmçinin terror aktı törətmək fikrinin ABŞ-də 11 sentyabr hadisələrinin təsiri ilə yarandığını vurğulayıb.

Xatırladaq ki, sentyabrın 30-da “flydubai” reysinin ikinci pilotu uçuş zamanı qəza baltası ilə təyyarənin kapitanına hücum edib.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑