Dünya · Bizim.Media

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu xəbəri üçün şəkil

ABŞ ordusu Oman körfəzində İrana qarşı dəniz blokadasını pozmağa cəhd etdiyi iddia edilən ticarət gəmisinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ qırıcı təyyarəsi Panama bayrağı altında üzən “M/V Ocean Molica” (“Arika Sun” kimi də tanınır) yük gəmisinin arxa hissəsini dəqiq idarə olunan sursatla vuraraq onun hərəkət sistemini sıradan çıxarıb. Zərbə nəticəsində heyət üzvlərinə zərər dəyməyib. İran limanından yola düşən böyük yük gəmisi regional sulardan keçməyə çalışırdı", - deyə CENTCOM-un açıqlamasında bildirib.

Komandanlığın məlumatına görə, iyulun ortalarında İrana qarşı blokadanın yenidən tətbiqindən sonra ABŞ qüvvələri 4 ticarət gəmisini sıradan çıxarıb və daha 135 gəminin istiqamətini dəyişib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑