Dünya · Bizim.Media

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Seçkidə qalib gələn merin adı müzakirə yaratdı xəbəri üçün şəkil

Perunun Keropalka şəhərində keçirilən mer seçkiləri qeyri-adi nəticəsi ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, seçkilərdə “Hitler Mussolini” ləqəbli Simeon Flores 229 səs (34,5%) toplayaraq hər kəsi üstələyib və şəhərin yeni meri seçilib.

Onun en yaxın rəqibi Qaspar Benilde Osorio Zambrano isə qalibdən təxminən 4 faizlik göstərici ilə geridə qalıb.

Flores seçkilərə sosial-demokrat və mərkəz-sol təmayüllü “Ahora Nacion” partiyasının namizədi kimi qatılıb. Adı Almaniya və İtaliyanın faşist diktatorlarını xatırlatsa da, siyasətçinin onların ideologiyalarından tamamilə uzaq bir xətt izlədiyi bildirilir.

Seçkidə qalib gəlməsindən çox, onun adı müzakirələrə səbəb olub.

Qeyd edək ki, Peruda, xüsusən də siyasət sahəsində bu cür qeyri-adi adlara tez-tez rast gəlinir. 2018-ci ildə Yunqar şəhərində keçirilən mer seçkilərində Hitler Qesklin Alba Sançes adlı namizəd qalib gəlmişdi. Həmin seçkilərdə onun əsas rəqiblərindən birinin adı Sovet liderinə ithafən Lenin idi. (Qafqazinfo.az)



Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑