Dünya · Teleqraf

Polşa polisi Baş nazir Donald Tuska sui-qəsd xəbəri alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşa polisi Baş nazir Donald Tuska sui-qəsd xəbəri alıb xəbəri üçün şəkil

Polşa polisi Baş nazir Donald Tusk və Müdafiə naziri Vladislav Kosinyak-Kamışa ehtimal olunan sui-qəsdlə bağlı məlumat alıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletska "X" sosial şəbəkə hesabında paylaşım edib.

K.Qaletskanın sözlərinə görə, daxil olan məlumatla əlaqədar Daxili İşlər naziri Marçin Kervinski və xüsusi xidmət orqanlarının əlaqələndirici naziri Tomaş Semonyak dərhal təxirəsalınmaz tədbirlərin görülməsi barədə tapşırıq veriblər.

DİN mətbuat katibi əlavə edib ki, məsələ ilə bağlı nazirliyə tabe olan xüsusi xidmət orqanlarının təcili iclası keçiriləcək.

Faktla bağlı araşdırmalar davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑