Dünya · Qaynarinfo.az

İlon Mask: "Ukraynanın liderini dəyişməyin vaxtı çatıb"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlon Mask: "Ukraynanın liderini dəyişməyin vaxtı çatıb" xəbəri üçün şəkil

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın Ukraynaya və Prezident Volodimir Zelenskiyə ünvanladığı tənqidi fikirləri dəstəkləyib.

Qaynarinfo xəbər verir ki, Mask ABŞ Prezidenti Donald Trampın Ukraynanın prezidentini dəyişməsinin vaxtı çatdığı barədə bəyanatına şərh yazıb.

"Razıyam, Ukraynanın liderini dəyişməyin vaxtı çatıb", deyə o bildirib.

Mask, həmçinin Trampın Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri dayandırmalı olduğu barədə iradlarını əks etdirən videonun altında da şərh yazıb.

Videonun müşayiətedici mətnində Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını tənqid etdiyi bildirilir.

"Biz Zelenskiyə deyirdik: "Rusiya ilə istədiyini et, amma neft emalı zavodlarına zərbələr endirmə - bu, qlobal problemdir". Bəs o nə edir? Dizel yanacağı istehsal edən obyektlərə zərbələr endirir. Onun bunu dayandırması son dərəcə vacibdir”, deyə videonun açıqlamasında qeyd olunub.

Mask həmin paylaşımın altında yazdığı şərhdə Zelenskinin “həddini aşdığını” bildirib. Hazırda Maskın şərhi 1,8 milyondan çox baxış və 50 mindən artıq bəyənmə toplayıb.

Tramp Ukraynaya prezidentini dəyişməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp Zelenskinin müharibənin dayandırılması barədə razılaşma imzalamaqdan imtina etdiyini iddia edib. O, həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri tənqid edib və Rusiya ilə sülh sazişini imzalayacaq başqa prezidentə ehtiyac olduğunu bildirib.

Ukraynanın Xarici İşlər Nazirliyi Trampın bu çağırışına cavab olaraq bəyan edib ki, Ukraynanın prezidentinin kim olacağına yalnız Ukrayna xalqı qərar vermək hüququna malikdir.

Kremldə isə Trampın açıqlamalarını müsbət qarşılayaraq onları “əlamətdar və tarixi” adlandırıblar.

Aydın

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑