Bakı.Trend:
“İsayas” qasırğası cümə günü axşam Meksika körfəzinin ABŞ sahillərinə çatıb.
Bu barədə ABC News telekanalı məlumat yayıb.
Telekanalın ABŞ Milli Qasırğa Mərkəzinin məlumatlarına istinadən verdiyi xəbərə görə, Saffir-Simpson şkalası üzrə beş ballıq sistemdə ikinci kateqoriyaya aid edilən qasırğa yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə şənbə günü saat 03:30-da) Florida ştatının qərb hissəsində, Destin şəhəri yaxınlığında sahilə çatıb. Küləyin maksimal sürəti saatda 169 kilometrə çatıb.
Küləyin güclü əsintisi Florida ştatının qərbində və Alabama ştatının cənubunda elektrik xətlərini sıradan çıxarıb. Nəticədə, təxminən 500 min nəfər elektrik enerjisiz qalıb.
Alabama-Florida sərhədindən Florida ştatındakı Qreyton çimərliyinədək sahilboyu ərazilərdə hündürlüyü 2,7 metrə çatan fırtına dalğalarının yaranacağı gözlənilir.



