Dünya · Trend.az

Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ ordusu İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün planlar hazırlayır.

Bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Pentaqon İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də digər hərbi və enerji infrastrukturlarına zərbələr endirilməsi variantlarını nəzərdən keçirir. Yaxın Şərqə üç təyyarədaşıyan gəminin göndərilməsi də planlaşdırılır.

Qəzet yazır ki, son aylarda Pentaqon və ABŞ milli təhlükəsizlik komandası İrana və ya Yəməndəki husilərə qarşı genişmiqyaslı əməliyyatlarla bağlı Prezident Donald Trampa beş təklif təqdim edib. Tramp onların hamısını rədd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑