Dünya · Publika.az

Trampın Putinlə razılaşması Zelenskini əsəbiləşdirdi: “Bu, zəifliyin açıq əlamətidir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın Putinlə razılaşması Zelenskini əsəbiləşdirdi: “Bu, zəifliyin açıq əlamətidir” xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra açıqlanan Rusiyanın dizel yanacağı tədarükü ilə bağlı razılaşmaya sərt münasibət bildirib.

Publika.az xəbər verir ki, Zelenski Rusiyanın ABŞ və dünya bazarlarına dizel yanacağı ixracına imkan yaradılmasını, eləcə də Moskva ilə bağlı iqtisadi sanksiyaların yumşaldılmasını “zəifliyin açıq əlaməti” kimi qiymətləndirib.

Ukrayna Prezidenti qeyd edib ki, müharibənin başa çatdırılmasına yönəlmiş konkret addımlar atılmadan Rusiyaya iqtisadi güzəştlərin verilməsi münaqişənin uzanmasına səbəb ola və Moskva rəhbərliyini daha da cəsarətləndirə bilər.

Zelenski həmçinin Rusiyanın neft satışından əldə etdiyi gəlirləri hərbi əməliyyatların maliyyələşdirilməsinə yönəldəcəyini bildirib.

“Putinə verilən hədiyyələr nə sülh gətirəcək, nə də sivil dünyaya fayda verəcək. Rusiya dizel yanacağının qarşılığını daha çox terror və xəyanətlə ödəyəcək. Rusiyanın neft məhsullarını satmasına şərait yaratmaq başa çatmalı olan bir müharibəyə sərmayə qoymaq deməkdir”, - deyə Ukrayna lideri vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑