Dünya · Azxeber.com

Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü şərtləri qəbul etməyəcəyi təqdirdə məhv ediləcəyi ilə hədələyib.
Tramp bu barədə Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
ABŞ lideri İranla bağlı məsələnin yaxın zamanda həll olunacağını iddia edib.
"Sizə bir söz deyim: İranla bağlı hər şey çox tez həll olunacaq. Bu və ya digər şəkildə. Ya onlar bizə hər şeyi verəcəklər, ya da mövcudluqlarına son qoyulacaq. Onlar da bunu bilirlər”, – Tramp vurğulayıb.
ABŞ Prezidenti İranın Vaşinqtonun tələblərini yerinə yetirməsinin vacibliyinə işarə etsə də, çıxışında həmin şərtlərin konkret nələrdən ibarət olduğunu açıqlamayıb.
///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑