Bakı.Trend:
Dünyada ən çox qəhvə Amerika Birləşmiş Ştatlarında istehlak olunur.
Beynəlxalq Qəhvə Təşkilatı (ICO) ən çox qəhvə istehlak edən ölkələrin siyahısını hazırlayıb.
Siyahıda 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər olan müddət ərzində olan qəhvə istehlakı üzrə qlobal statistika əsas götürülüb.
ABŞ-də bu müddət ərzində qəhvə istehlakı 24,6 milyon kisə təşkil edib. Braziliya 23,5 milyon kisə ilə cüzi fərqlə ikinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə Almaniya (9,59 milyon), Yaponiya (6,25 milyon), İndoneziya (6,04 milyon), İtaliya (5,85 milyon), Fransa (5,84 milyon) və Çin (5,42 milyon) qərarlaşıb.
İlk onluğu Vyetnam (5,2 milyon) və Rusiya (4,37 milyon) tamamlayıb.
Adambaşına düşən illik orta qəhvə istehlakına görə isə Lüksemburq liderdir. Bu ölkədə göstərici 19,85 kiloqram təşkil edir.




