Dünya · Axar.az

Rusiya bu şəhəri vurdu: ölənlərin sayı artdı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya bu şəhəri vurdu: ölənlərin sayı artdı xəbəri üçün şəkil

15:17

Ukraynanın Zaporojye şəhərində yaşayış evlərinə endirilən zərbələr nəticəsində azı 12 nəfər ölüb, onların arasında 3 uşaq var.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində daha 14 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır:

“Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Daha 12 nəfərin hücum zamanı həmin ərazidə ola biləcəyi ehtimal edilir və onlar barədə məlumat dəqiqləşdirilir”.

Zelenski bildirib ki, gecə ərzində Ukraynanın 13 vilayəti hücuma məruz qalıb:

“Yaşayış evlərinə, infrastruktura və dəmir yoluna ziyan dəyib”.

Ukrayna Prezidenti Rusiyanın dizel yanacağının ixracına tətbiq edilən sanksiyaların yumşaldılmasına cavab olaraq Zaporojyeyə zərbə endirdiyini iddia edib.

O, Rusiyaya təzyiqin azaldılmasının Moskva tərəfindən müharibəni davam etdirməyə imkan verən siqnal kimi qəbul olunduğunu vurğulayıb.

***

Rusiyanın Zaporojyeyə idarəolunan aviabombalarla endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Məlumata görə, ölənlər arasında 3 uşaq da var.

Hücum nəticəsində daha 16 nəfər yaralanıb. Yaralılar arasında iki uşaq da var.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑