Dünya · Bizim.Media

Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır xəbəri üçün şəkil

Clinical Gastroenterology and Hepatology jurnalında dərc edilən yeni araşdırmaya görə, yatmazdan əvvəl və ya şam yeməyindən sonra qəlyanaltı etmək qaraciyər xəstəlikləri riskini əhəmiyyətli dərəcədə yüksəldir.

Bizim.Media xəbər verir ki, alimlər təxminən 200 min insanın sağlamlıq vəziyyətini 16 ilə yaxın müddətdə izləyiblər.
 

Gec saatlarda qida qəbul edənlərdə qeyri-alkoqollu piyli qaraciyər xəstəliyi riski 36%, qaraciyər sirrozu riski isə 28% daha yüksək olub. Bu əlaqə yaş, diabet, fiziki aktivlik və bədən çəkisi indeksindən asılı olmayaraq özünü büruzə verib.


Gec yeməklər çəki artımına və insulinə həssaslığın pozulmasına səbəb olur ki, bunlar da qaraciyər üçün zərərli amillərdir.

Tədqiqatçılar hesab edirlər ki, yatmazdan bir neçə saat əvvəl kalori qəbulunu məhdudlaşdırmaq qaraciyərin sağlamlığını qorumağa kömək edə bilər.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑