Dünya · Yeni Çağ

ABŞ-İran münaqişəsində seçki faktoru: Trampın hansı ssenariləri masadadır? – ŞƏRH - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-İran münaqişəsində seçki faktoru: Trampın hansı ssenariləri masadadır? – ŞƏRH - Yeni Çağ xəbəri üçün şəkil

“Tramp İran üzərində asanlıqla qələbə qazanacağını və İranın zəiflədiyini düşünür”.

Bu sözləri Yenicag-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.

media-331c0a12-dce5-4f26-988c-3963b4553996

B. Həsənbəyli ABŞ-da keçirilən seçkilərdə Trampın manipulyasiyaya səbəb ola biləcək açıqlamalar verdiyini düşünür:

“ABŞ-də keçirilən Konqresə aralıq seçkiləri və onun İranla münaqişəyə mümkün təsirləri barədə fərqli siyasi yanaşmalar və bəyanatlar mövcuddur. ABŞ Prezidenti Donald Trampın öz bəyanatlarına görə, İranla yaşanan münaqişə aralıq seçkilərindən dərhal sonra və ya hətta seçkilərə qədər başa çata bilər. Texasdakı çıxışı zamanı Tramp, ABŞ-nin bu münaqişədə “çox asanlıqla qalib gələ biləcəyini” və İranın iqtisadi çətinliklər səbəbindən zəiflədiyini iddia etdi. 2026-cı ilin oktyabr ayında Fox News telekanalına verdiyi müsahibədə Tramp, İranla bağlı iki əsas seçim arasında qaldığını bildirib. Münaqişəni hərbi yolla sürətlə bitirmək. Tehrandan gələn təklifləri dəyərləndirərək yeni bir saziş bağlamaq. Tramp həmçinin qeyd edib ki, İran tərəfi münaqişənin sona çatması üçün Vaşinqtona müəyyən güzəştlər etməyə hazırdır.Aralıq seçkilərinin nəticələri ABŞ-nin xarici siyasətinin icra formasını dəyişə bilər. Əgər Trampın partiyası Konqresdə çoxluğu itirərsə, müharibə büdcələrinin təsdiqlənməsi və genişmiqyaslı hərbi əməliyyatların icrası qanunverici orqan tərəfindən daha sıx nəzarətə götürülə bilər. Seçkilərdə qazanılacaq uğur və ya uğursuzluq Ağ Evin xarici siyasətdəki manevr imkanlarına birbaşa təsir edəcək. Tramp administrasiyası seçki ərəfəsində daxili ictimai rəyi nəzərə alaraq genişmiqyaslı hərbi addımları seçkidən sonrakı dövrə saxlamağa üstünlük verir. Nəticə etibarilə, rəsmi Vaşinqton münaqişənin yaxın müddətdə ya kəskin hərbi müdaxilə, ya da diplomatik razılaşma yolu ilə həll olunacağını bildirsə də, aralıq seçkilərindən sonra formalaşacaq Konqres bu prosesin hansı istiqamətdə inkişaf edəcəyinə ciddi təsir göstərəcək. Trampın bəyanatlarına əsasən, o, İranla münaqişəyə Tehranın nüvə silahından tamamilə imtina etməsi və ABŞ-ın təhlükəsizlik şərtlərini ehtiva edən tam bir razılaşmanı qəbul etməsi halında son verə bilər. ABŞ administrasiyasının bəyanatları və mövcud hərbi-diplomatik vəziyyətə görə münaqişənin dayandırılması bir neçə əsas şərtlərdən asılıdır. Tramp rəsmi Tehranın heç vaxt nüvə silahına malik olmayacağına dair tam təminat verməsini əsas şərt kimi irəli sürür. O, yalnız bu nüvə zəmanətləri çərçivəsində müharibənin başa çata biləcəyini vurğulayır.”

Politoloq hesab edir ki, Amerikanın İran üçün müxtəlif müharibə ssenariləri mövcuddur:

“ABŞ İran nümayəndələrinin ona Hörmüz boğazı, eləcə də neft və qaz ixracı ilə bağlı “çox vacib bir sürpriz” təklif etdiyini diqqətə çatdırıb. Regionda naviqasiya təhlükəsizliyinin təmini və enerji resurslarının axını münaqişənin bitməsi üçün masadakı əsas mövzulardandır.Vaşinqton İranın raket və pilotsuz uçuş aparatları istehsal etmək imkanlarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir.Tramp İranın münaqişəyə son qoyulması üçün “hər şeyi təklif etməyə” və yekun bir saziş imzalamağa hazır olduğunu, lakin rəsmi ABŞ şərtlərinin tam yerinə yetirilməli olduğunu bildirir.ABŞ Prezidenti münaqişənin yaxın vaxtlarda başa çatacağını tez-tez bəyan etsə də, ABŞ ordusu hələ də İrana qarşı müxtəlif hərbi ssenariləri və zərbə seçimlərini masada saxlayır. ABŞ-da hakimiyyət dəyişikliyi olsa belə ölkənin İrana qarşı xarici siyasətində bəzi taktiki və diplomatik yanaşmaları dəyişsə də, Vaşinqtonun Tehranla bağlı strateji maraqları və əsas qırmızı xətləri ümumilikdə dəyişməz qalacaq. ABŞ daxili siyasi qüvvələrinin yanaşmalarındakı əsas fərqlər və sabit qalan məqamlar var. ABŞ-ın bu günki rəhbərliyi adətən İrana qarşı “maksimum təzyiq” strategiyasına üstünlük verir. Sanksiyaların sərtləşdirilməsi, iqtisadi blokada və lazımdırsa, hərbi ritorikanın kəskinləşdirilməsi bu xəttin əsasını təşkil edir. Eyni zamanda, Tramp administrasiyası həm kəskin hərbi zərbə ehtimallarını masada saxlayır, həm də Vaşinqtonun şərtləri daxilində birbaşa diplomatik sövdələşmələrə açıq olduğunu bəyan edir. Demokratlar problemi daha çox çoxtərəfli diplomatiya, beynəlxalq koalisiyalar və nüvə sazişinə bənzəri çərçivələr vasitəsilə tənzimləməyə meyllidir. Onlar sanksiyaları tamamilə ləğv etməsələr də, dialoq kanallarını daha aktiv saxlamağa çalışırlar. ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Vaşinqtonun İran siyasətində prinsiplər həmişə sadiq qalacaq. Həm Demokratlar, həm də Respublikaçılar İranın nüvə silahı əldə etməsinə imkan verilməməsi mövqeyində qətidir. İsrail və Körfəz ölkələrinin təhlükəsizliyinin qorunması ABŞ xarici siyasətinin əsas prioritetidir. İranın Yaxın Şərqdəki proksi qruplaşmalarına dəstək verməsi Vaşinqton tərəfindən həmişə təhdid kimi qəbul edilir. Hakimiyyət dəyişikliyi İrana qarşı təzyiqin formasını və tonunu dəyişə bilsə də, ABŞ-ın İrandan gözləntilərinin mahiyyətini kökündən dəyişmir”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑