Dünya · Axar.az

Kommunist dövrünün məxfi arxivlərinə giriş imkanı yaradıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kommunist dövrünün məxfi arxivlərinə giriş imkanı yaradıldı xəbəri üçün şəkil

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivlərinə onlayn çıxış imkanı yaradılıb.

Axar.az xəbər verir ki, noyabrın 4-də “Nyitottaktak.hu” saytı fəaliyyətə başlayıb. Sayt vasitəsilə hər kəs qohumlarını, tanışlarını və ya keçmiş iş yoldaşlarını ad, doğum tarixi və ünvan üzrə axtara bilər. Saytın istifadəyə verilməsi Sovet İttifaqının 1956-cı il Macarıstan inqilabını yatırmasının ildönümünə təsadüf edib. Bu addım ölkənin hazırkı hökumətinin seçkiqabağı vədlərindən birinin yerinə yetirilməsidir.

Məlumat bazasında təxminən 55 min adın yer aldığı rəqəmsallaşdırılmış maqnit lentləri, 1957–1962-ci illərdə agent kimi cəlbedilmə reyestrləri (təxminən 25 min ad), eləcə də ətraflı məlumatları əks etdirən forma 6 kartları mövcuddur.

Tarixçilər xəbərdarlıq edirlər ki, şəxsin adının məlumat bazasında yer alması onun “xəbər çatdıran” olması anlamına gəlmir. Təqibə məruz qalmış şəxslərin hüquqlarını qorumaq məqsədilə agentlərin məlumatları dərc edilməyəcək.

2027-ci il fevralın 25-dək agent kimi cəlbedilmə ilə bağlı 9 mindən çox şəxsi işin dərc olunması nəzərdə tutulur. Məlumatların açıqlanmasının doğura biləcəyi nəticələrlə bağlı məsələləri araşdırmaq üçün tarixçilərdən, sosioloqlardan və psixoloqlardan ibarət komissiya yaradılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑