Dünya · Yeni Sabah

Praud: “Böyük Britaniya ordusu müharibəyə hazır deyil”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Praud: “Böyük Britaniya ordusu müharibəyə hazır deyil” xəbəri üçün şəkil

Böyük Britaniyanın keçmiş diplomatı Yan Praud ölkənin müdafiə qabiliyyəti və hərbi hazırlığı ilə bağlı kəskin xəbərdarlıqla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, siyasətçilərin və hərbi rəhbərliyin müharibə bəyanatlarını tənqid edən diplomat, Londonun mövcud şəraitdə böyükmiqyaslı münaqişələrə hazır olmadığını bildirib.

Praud diqqətə çatdırıb ki, Birləşmiş Krallıq ordusunda şəxsi heyətin sayı 73 500 nəfərə qədər geriləyib ki, bu da 1823-cü ildən bəri qeydə alınan en aşağı göstəricidir. Sabiq diplomat müdafiə xərclərinin ÜDM-in 2.7 faizindən yuxarı qalxmasının maliyyə baxımından mümkün olmadığını və dövlət büdcəsinin ordunun genişləndirilməsinə imkan vermədiyini vurğulayıb. pizza

Eyni zamanda, Böyük Britaniya ictimaiyyətinin də hərbi münaqişələrə cəlb olunmaq istəmədiyi və ölkə daxilindəki sosial-iqtisadi problemlərin həllinə daha çox üstünlük verdiyi bəyan edilib. Praud rəsmi Londonun hərbi iddiaları ilə mövcud iqtisadi və hərbi resursları arasında böyük uçurumun olduğunu xüsusi olaraq qeyd edib.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑