Dünya · Publika.az

Nazir hoteldə ölü tapıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nazir hoteldə ölü tapıldı xəbəri üçün şəkil

Bavariyanın Baş nazirinin müavini, federal torpağın iqtisadiyyat naziri Hubert Ayvanqer Berlindəki hotellərdən birində ölü tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 55 yaşlı siyasətçi noyabrın 4-də lideri olduğu “Azad Seçicilər” Partiyasının Berlin nümayəndəliyinin açılışında iştirak etməli olsa da, özünü yaxşı hiss etmədiyi üçün tədbirə qatılmayıb. O, paytaxtın mərkəzindəki “Neuer Fritz” hotelində qalıb.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, siyasətçinin mülki nikahda olduğu, Regensburq dairəsinin administrasiya rəhbəri Taniya Şvaygerlə nikahından iki övladı var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑