Danimarkada hökumətin tələbələrə dövlət maliyyə dəstəyini azaltmaq planlarına qarşı minlərlə gənc etiraz edib.
Publika.az xəbər verir ki, noyabrın 4-də Kopenhagendə keçirilən aksiyada iştirakçılar parlamentin yerləşdiyi Kristiansborq binasına doğru yürüş ediblər.
Etirazlara hökumətin SU təhsil dəstəyi sistemində dəyişiklik planları səbəb olub. Təklifə əsasən, valideynləri ilə yaşayan şagird və tələbələrin ailələrinin illik gəliri 710 min kronu keçərsə, onlar dövlət ödənişlərindən məhrum edilə bilərlər. Gəliri 419-710 min kron arasında olan ailələr üçün isə dəstəyin azaldılması nəzərdə tutulur.
Etirazçılar hesab edirlər ki, bu dəyişikliklər sosial bərabərsizliyi artıracaq və gənclərin təhsil imkanlarını məhdudlaşdıracaq.
Məlumata görə, etiraz əlaməti olaraq 50-dən çox gimnaziyada təhsil alan təxminən 40 min şagird dərslərə qatılmayıb. Aksiya dinc şəraitdə keçib.






