Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentinin xüsusi köməkçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə TSN telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət əsnasında 10-11 noyabr tarixlərində Əbu-Dabidə baş tutacaq Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş, həmçinin Brüsseldə Ukrayna, ABŞ və Avropadan olan texniki qruplar arasında məsləhətləşmələr müzakirə edilib.




