Almaniyanın "Azad Seçicilər" (FW) partiyasının lideri, Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvanqer Berlin hotellərindən birində ölü vəziyyətdə aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bild" qəzeti Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 4-də, çərşənbə günü Berlində "Azad Seçicilər" partiyasının yeni ofisinin açılışı keçirilib. Lakin 55 yaşlı Ayvanqer özünü pis hiss etdiyini bildirdiyi üçün tədbirdə iştirak etməyib. O, şəhərin mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb. Marqarita pizza
Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, siyasətçi evli olmayıb. O, Taniya Şvaygerlə birlikdə yaşayıb. Cütlüyün iki övladı var./Oxu.az




.jpg)
