ABŞ Prezidenti Donald Tramp Günəş sisteminin və Yer kürəsindən kənarda yerləşən kosmik məkanın bəşəriyyətin ümumi sərvəti kimi tanınmasını nəzərdə tutan bəyannaməni təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, sənəd noyabrın 3-də Ağ Evin rəsmi saytında yayımlanıb.
“Amerikanın kosmosda azadlıq bəyannaməsi” adlandırılan sənəddə kosmik məkanın elmi tədqiqatlar, mənimsəmə və praktiki istifadə üçün açıq olması prinsipi irəli sürülür. Bu yanaşmanın həm Günəş sisteminə, həm də kosmosun digər ərazilərinə aid olduğu bildirilir.
Bəyannamədə Günəş sistemi və Yer kürəsindən kənardakı kosmik məkan bəşəriyyətin ümumi sərvəti kimi xarakterizə olunur və tədqiqatlar üçün açıq elan edilir.
Tramp müraciətində ABŞ-ın kosmosun tədqiqi, mənimsənilməsi, istifadəsi və məskunlaşma sahələrində liderlik edəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu fəaliyyət planetlərarası sivilizasiyanın formalaşmasına töhfə verəcək.
“ABŞ hər zaman naməlum ərazilərə doğru yol açaraq bəşəriyyəti yeni nailiyyətlərə sövq edib”, – deyə prezident bildirib.
Əliyar Xəlil,




.jpg)
