Dünya · Axar.az

İsveçrədən Rusiyaya qarşı geniş sanksiya...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsveçrədən Rusiyaya qarşı geniş sanksiya... xəbəri üçün şəkil

İsveçrə Rusiyaya qarşı sanksiya siyahısına 254 fiziki və hüquqi şəxs, şirkət və təşkilat daxil edib.

Axar.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, yeni siyahıya daxil edilən şəxslərin aktivlərinin dondurulması və onlara vəsait təqdim edilməsinin qadağan olunması barədə qərar qəbul edilib. Dəyişikliklər Avropa İttifaqının 21-ci sanksiya paketi və sonrakı qərarlarına uyğun olaraq həyata keçirilib.

Siyahıya 62 fiziki şəxs, o cümlədən Rusiyanın idman naziri Mixail Deqtyarev, “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozerov, “Qazprom-Media”nın rəhbəri Aleksandr Jarov, Rusiya Mərkəzi Bankı sədrinin müavini Sergey Belov və müğənni Aleksandr Marşal daxil edilib. Onların İsveçrəyə girişinə və ölkə ərazisindən tranzit keçidinə qadağa qoyulub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑