Dünya · Axar.az

Danimarkada etirazlar: On minlərlə tələbə və şagird...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Danimarkada etirazlar: On minlərlə tələbə və şagird... xəbəri üçün şəkil

Danimarkada hökumətin şagird və tələbələrə dövlət tərəfindən göstərilən maliyyə dəstəyini azaltmaq planlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Noyabrın 4-də minlərlə gənc Kopenhagenin küçələrinə çıxaraq parlamentin yerləşdiyi Kristiansborq binasına doğru yürüş edib.

Axar.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən şagird və tələbələrin Kopenhagenə gətirilməsi üçün 19 avtobus təşkil olunub. Bundan əlavə, Danimarkanın 50-dən çox gimnaziyasında təhsil alan təxminən 40 min şagird etiraz əlaməti olaraq dərslərə qatılmayıb.

Narazılığa səbib hökumətin SU dövlət maliyyə dəstəyi sistemində dəyişiklik etmək planları olub. Təklifə əsasən, valideynləri ilə birlikdə yaşayan şagird və tələbələrin ailələrinin ümumi illik gəliri 710 min kronu (196 min dollar) keçərsə, onlar bu ödənişlərdən məhrum ola bilərlər. Ailənin illik gəliri 419 min kron ilə 710 min kron arasında olduqda isə müavinətin məbləğinin tədricən azaldılması nəzərdə tutulur.

Etirazçılar hesab edirlər ki, bu cür tədbirlər sosial bərabərsizliyi daha da artıracaq və gənclərin təhsil almaq imkanlarını məhdudlaşdıracaq. Onların fikrincə, maliyyə dəstəyi yalnız valideynlərin gəlirindən asılı olmamalıdır.

Danimarkadakı etiraz aksiyaları Fransada şagirdlərin oxşar nümayişləlri fonunda keçirilir. Bununla belə, Kopenhagendəki aksiya dinc şəraitdə keçib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑