Dünya · Sfera.az

Alman nazir Berlindəki oteldə ölü tapıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Alman nazir Berlindəki oteldə ölü tapıldı xəbəri üçün şəkil

Almaniyanın Bavariya federal əyalətinin iqtisadiyyat naziri və “Azad Seçicilər” Partiyasının sədri Hubert Ayvanger vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, 55 yaşlı siyasətçi noyabrın 4-də Berlin şəhərindəki otellərdən birində ölü vəziyyətdə aşkarlanıb. Onun vəfat etdiyi barədə məlumat Bavariya hökumətindəki mənbələr və Berlin polisi tərəfindən təsdiqlənib.

Bildirilib ki, Ayvanger həmin gün partiyasının Berlində təşkil olunan tədbirində iştirak etməli olsa da, səhhətində yaranan problemlə əlaqədar tədbirə qatılmayıb.

Almaniyanın “Tagesspiegel” nəşrinin yazdığına görə, ilkin araşdırmalar zamanı hadisədə kənar müdaxilə əlamətləri aşkarlanmayıb. Siyasətçinin ölümünün sağlamlıq problemləri ilə əlaqəli olduğu ehtimal edilir. Bununla belə, ölümün dəqiq səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 1971-ci il yanvarın 26-da anadan olan Hubert Ayvanger 2018-ci ildən Bavariyanın iqtisadiyyat, regional inkişaf və energetika naziri, eləcə də əyalətin baş nazirinin müavini vəzifələrini icra edirdi. O, Almaniyanın “Azad Seçicilər” Partiyasının tanınmış siyasi simalarından biri idi.

Altay

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑