BAKI, 5 noyabr. TELEQRAF
Almaniyanın Bavariya federal əyalətinin iqtisadiyyat naziri, “Azad Seçicilər” Partiyasının sədri Hubert Ayvanger Berlindəki otellərdən birində ölü tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, 55 yaşlı siyasətçinin ölümü Bavariya hökumətindəki mənbələr və Berlin polisi tərəfindən təsdiqlənib.
Nazirin ölüm səbəbi barədə hələlik məlumat verilməyib.




.jpg)
