Dünya · Trend.az

ABŞ Özbəkistan uğrunda rəqabət aparmır - Rubio

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Özbəkistan uğrunda rəqabət aparmır - Rubio xəbəri üçün şəkil

Bakı.Trend:

ABŞ Özbəkistanda nüfuz uğrunda Çin və Rusiya ilə rəqabət aparmır və əsas məqsədini açıq rəqabət əsasında əməkdaşlığın genişləndirilməsində görür. Vaşinqton heç kimə kiminlə iş görməli olduğunu diktə etmək niyyətində deyil.

"NOVA24-LIVE" nəşrinin məlumatına görə, bunu Özbəkistanın ikinci böyük şəhəri Səmərqəndə ötən axşam səfər etmiş ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Bizim şirkətlərimiz var, onlar məhsul istehsal edirlər. Biz sadəcə ədalətli rəqabət və yeni imkanlar istəyirik. Dünyada elə bir region yoxdur ki, ABŞ məhsul və xidmətləri digər istehsalçılarla rəqabət apara bilməsin”, – deyə Rubio qədim Registan meydanında gəzinti zamanı jurnalistlərə bildirib. Onun sözlərini yerli nəşri yayıb.

O qeyd edib ki, məhz bu səbəbdən onunla birlikdə Özbəkistana ABŞ biznes dairələrinin təxminən 300 nümayəndəsi gəlib.

Qeyd edək ki, daha əvvəl Rubionun Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclasında, eləcə də Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin xarici işlər nazirlərinin C5+1 formatında keçiriləcək görüşündə iştirak edəcəyi bildirilmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑