Dünya · Baku.ws

Tramp Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücumlara görə tənqid edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücumlara görə tənqid edib xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında ciddi irəliləyiş əldə olunduğunu iddia edib. O, eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyadakı dizel yanacağı istehsal edən zavodlara hücumlara görə tənqid edərək, onu müharibəni bitirmək istəməməkdə günahlandırıb.

BAKU.WS xəbər verir ki, Tramp "Truth Social" platformasındakı paylaşımında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının davam etdiyini və razılaşma istiqamətində böyük irəliləyiş əldə olunduğunu bildirib.

ABŞ prezidenti sülh sənədini istənilən vaxt imzalamağa hazır olduğunu iddia edib. O, Rusiyanın İranı dəstəkləmək üçün çox az iş gördüyünü, hətta faktiki olaraq heç bir yardım göstərmədiyini də qeyd edib.

Tramp Zelenskinin Rusiyadakı dizel emalı zavodlarını hədəf almasını dünya yanacaq bazarlarına zərər vurmaq kimi qiymətləndirib. Onun sözlərinə görə, bu hücumlar fermerlərə və digər sahibkarlara ciddi ziyan vurur.

ABŞ prezidenti Ukraynanın müharibəni başa çatdırmaq niyyətində olmadığını irəli sürərək, Kiyevin iki il əvvəl daha əlverişli sülh razılaşması əldə edə biləcəyini iddia edib. O, Ukraynanın ərazilərinin böyük hissəsini itirdiyini, hərbi və insan itkilərinin ağır olduğunu bildirərək müharibənin başa çatmasını istədiyini vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑