Dünya · Editor.az

Ermənistandan gətirilən yaşıl çay Aİ-də qadağan edildi – Səbəb nədir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistandan gətirilən yaşıl çay Aİ-də qadağan edildi – Səbəb nədir? xəbəri üçün şəkil

Ermənistanda istehsal olunan yaşıl çayın Avropa İttifaqına idxalına pestisid pozuntularına görə icazə verilməyib. Latviyada aparılan laboratoriya yoxlamaları zamanı çay nümunələrində qadağan olunmuş maddə və normadan artıq pestisid qalıqları aşkarlanıb.

Editor.az xəbər verir ki, “News Armenia” nəşrinin məlumatına görə, Latviya Ermənistandan gətirilən 57,6 kiloqram yaşıl çayın Avropa İttifaqına idxalını dayandırıb.

Latviya Qida və Baytarlıq Xidmətinin (PVD) açıqlamasına əsasən, laborator analizlər məhsulun tərkibində istifadəsi qadağan edilmiş “tolfenpirad” pestisidinin olduğunu üzə çıxarıb. Bundan əlavə, daha iki pestisidin miqdarının müəyyən edilmiş təhlükəsizlik həddini aşdığı bildirilib.

Aşkarlanan uyğunsuzluqlar laboratoriya müayinələrinin nəticələri ilə təsdiqlənib.

Məlumata görə, sözügedən çay partiyasının məhv edilməsi və ya Avropa İttifaqının ərazisindən çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, Avropa İttifaqı daha əvvəl Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının Birliyə ixracı üçün müəyyən güzəştlər tətbiq etmişdi. Lakin bu güzəştlər məhsulların qida təhlükəsizliyi tələblərinə uyğun olması öhdəliyini aradan qaldırmır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑