Dünya · Axar.az

Türkiyədən Rusiya və Ukraynaya təklif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədən Rusiya və Ukraynaya təklif xəbəri üçün şəkil

Türkiyə Ukrayna və Rusiyaya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təklif təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə “Milliyyət” məlumat yayıb.

“Türkiyə Ukrayna gəmiləri üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca İstanbul boğazına qədər, Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca təhlükəsizlik dəhlizinin açılmasını təklif edir. Tərəflər razılığa gələrsə, “taxıl sazişi”nə bənzər, lakin bu dəfə bütün ticarət gəmilərini əhatə edəcək bir saziş imzalanacaq”, - məlumatda deyilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑