Dünya · Sfera.az

Milanda brend mağazalar talan edildi - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Milanda brend mağazalar talan edildi - Video xəbəri üçün şəkil

İtaliyanın Milan şəhərində ikinci gündür davam edən etiraz aksiyaları iğtişaşlarla müşayiət olunub.

Sfera.az xəbər verir ki, oktyabrın 17-də başlayan qarşıdurmalar zamanı nümayişçilər mağazaları dağıdıb, ictimai əmlaka ziyan vurublar. Məşhur brendlərin mağazaları talan edilib. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

“Ansa” agentliyinin məlumatına görə, şənbə günündən etibarən şəhərdə 200-dən çox insan saxlanılıb. Etirazlar yaşayış xərclərinin artmasına qarşı keçirilib. Oxşar aksiyalar İtaliyanın Bolonya və Turin şəhərlərində də baş tutub.

İtaliyanın Baş naziri Corcia Meloni baş verən zorakılıq hallarını müzakirə etmək üçün təhlükəsizliklə bağlı müşavirə çağırıb. O, nümayişlərdə iştirak etməyin hüquq olduğunu, şəhərləri dağıtmağın isə qəbuledilməzliyini vurğulayıb.

Qeyd edək ki, aksiya Fransada da olub. Şagirdlər qiymət bahalığına və təhsilin yaxşı olmamasına etiraz ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑