Dünya · Editor.az

Taylandda güclü yağışlar səbəbindən daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Taylandda güclü yağışlar səbəbindən daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edilib xəbəri üçün şəkil

Taylandın meteorologiya xidməti güclü yağışlar fonunda ölkənin bir sıra bölgələrində daşqın və torpaq sürüşməsi təhlükəsinin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Editor.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, oktyabrın 19-20-də ölkənin cənub və şərq əyalətlərində leysan yağışlarının yağacağı gözlənilir. Oktyabrın 21-dən 25-dək isə yağıntıların ölkənin şimal-şərq və mərkəzi bölgələrinə, o cümlədən paytaxt Banqkok və ətraf ərazilərə yayılacağı proqnozlaşdırılır.

Meteoroloqlar bildiriblər ki, güclü külək və intensiv yağıntılar qəfil daşqınlara səbəb ola bilər. Xüsusilə dağətəyi ərazilərdə, çay və digər su hövzələrinin yaxınlığında, eləcə də alçaq relyefli bölgələrdə yaşayan sakinlərə ehtiyatlı olmaq tövsiyə edilib.

Rəsmilər həmçinin mütəmadi olaraq su altında qalan yollarda hərəkətdən mümkün qədər çəkinməyi məsləhət görüblər.

//Gülnarə Abasova, Editor.az

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑