Dünya · Axar.az

Rus casuslar Qərbdə yoxa çıxır – Kreml təlaşda

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rus casuslar Qərbdə yoxa çıxır – Kreml təlaşda xəbəri üçün şəkil

Rusiya kəşfiyyatının əməkdaşları Qərbdə tez-tez yoxa çıxmağa başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.

“Kəşfiyyat dairələrində ciddi təlaş yaşanır. İlin əvvəlindən bəri Qərb ölkələrindəki Rusiya xüsusi xidmət orqanlarının azı 20 agenti əlaqəyə çıxmayıb. Agentlər həqiqətən də yoxa çıxa və ya uzun müddət əlaqə saxlamaya bilərlər. Aşkar edildikləri təqdirdə, onlar gələcəkdə mübadilə edilmək və ya ölkədən çıxarılmaq məqsədilə saxlanıla bilərlər. Lakin mövcud vəziyyət tamamilə fərqlidir.

Rusiyada düşmən kəşfiyyat xidmətləri daim fəaliyyətdədir və onlarda da bizim agentlərimiz var, bunu hamı bilir. Xüsusi hərbi əməliyyat başlayandan bəri gərginlik artıb, bununla yanaşı, kəşfiyyatçıların da sayı çoxalıb. Lakin heç vaxt agentlərin bu qədər kütləvi şəkildə itkin düşdüyü hal müşahidə olunmamışdı”, - məlumatda qeyd olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑