Qazaxıstandan qaçmış oliqarx Muxtar Ablyazov 2020-ci ildə mənə Qazaxıstanda dövlət çevrilişi təşkil etməyi təklif edib.
Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Super.kg”yə müsahibədə deyib.
Japarovun sözlərinə görə, Ablyazovla telefon danışığı 2020-ci ildə baş tutub:
“O (Ablyazov-red.), qırğızların üçüncü inqilabı həyata keçirdiyinə görə məni təriflədi və Qazaxıstanda inqilab təşkil etmək üçün Bişkekə gələcəyini deyərək kömək istədi. Mən cavab verdim ki, qonşu ölkələrin siyasətinə qarışmıram və Qazaxıstanla münasibətləri korlamayacağam”.




