Dünya · Publika.az

Türkiyədən yeni təklif: Detallar Rusiyaya təqdim edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədən yeni təklif: Detallar Rusiyaya təqdim edildi xəbəri üçün şəkil

Türkiyə Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulmasını və mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsini təklif edib.

Publika.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, Ankara bu təşəbbüsü Rusiya və Ukraynaya təqdim edib.

Təklifə əsasən, Ukraynanın mülki gəmiləri üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına uzanan təhlükəsizlik dəhlizinin açılması nəzərdə tutulur. Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca ayrıca marşrut təklif edilir.

Təşəbbüsün digər detalları açıqlanmayıb. Moskva və Kiyev hələlik təklifə rəsmi münasibət bildirməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑