Trampdan icazə almırdım. Ona dedim ki, B-2 göndərin və Fordoya zərbə endirin.
KONKRET.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netaniyahu deyib.
O, İslam Respublikasına hücum etməzdən əvvəl Donald Trampın yanına gedib, İsrailin hücum planı ilə onu tanış etdiyini bildirib.
Baş nazirin sözlərinə görə, ABŞ prezidentindən hücum üçün icazə istəməyib.
Netanyahu əməliyyatın mərhələlərini Trampa bir-bir izah etdiyini vurğulayıb. O, Trampdan bu mərhələlərdən birində İsrailə qoşulmağı və Fordo nüvə obyektlərini B-2 bombardmançı təyyarələri ilə hədəf almağı istəyib.
Onun sözlərinə görə, Trampı İsrailin istənilən halda İrana hücum edəcəyi barədə xəbərdar edib.
“Tramp əməliyyata onuncu gün qoşulub”,- Baş nazir qeyd edib.




